Dünya çempionatına qatılan daha bir ölkə bəlli oldu - 16 il sonra
DÇ-2026-nın Afrika zonası üzrə seçmələri davam edir.
QELEBE.AZ xəbər verir ki, C qrupunda yer alan Cənubi Afrika Respublikası sonuncu turda öz meydanında Ruanda yığmasını qəbul edib.
Görüş ev sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 18-ə çatdıran CAR millisi, 16 il fasilədən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

https://qelebe.az//uploads/photo/dunya-chempionatina-qatilan-daha-bir-olke-belli-oldu-16-il-sonra.webp