Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi “Documentary – Individual Sport” kateqoriyasının qalibi olub.
Apasport.az xəbər verir ki, bu bərədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.

https://qelebe.az//uploads/photo/azerbaycanli-alpinistden-behs-eden-film-italiyada-qalib-olub.webp