"Turan Tovuz"da yeni müqavilə - RƏSMİ

"Turan Tovuz"da yeni müqavilə - RƏSMİ

"Turan Tovuz" Roderik Millerlə müqavilə müddətini artırıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

2022/2023 mövsümündən "Turan Tovuz"da oynayan Miller artıq 58 matça çıxıb, 10 qol vurub.

Qeyd edək ki, Panama millisinin üzvü Tovuz təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatırdı.