III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edir.
QELEBE.AZ xəbər verir ki, yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.
Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün uduzan tərəfi olacaq.
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/iii-mdb-oyunlari-millimiz-burunc-medal-ugrunda-mubarize-aparacaq.webp