Qelebə.az / III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq  

III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq  

5-10-2025, 11:53

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edir.
 
QELEBE.AZ xəbər verir ki, yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.
 
Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün uduzan tərəfi olacaq.
 
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.

Geri qayıt