III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yenidən ikinci yerdədir
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 157 (89-40-28) medalla liderdir.
Azərbaycan isə 139 medalla ikinci pillədə qərarlaşıb: 23 qızıl, 44 gümüş və 72 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 84 (20-23-41) medal.
Bu günə qədər III MDB Oyunlarında 9 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.

https://qelebe.az//uploads/photo/iii-mdb-oyunlarinin-medal-siralamasi-azerbaycan-yeniden-ikinci-yerdedir.webp