İbrahim Əliyev Avropa çempionatında finala yüksəlib
Parabadmintonçumuz İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında kişilərin qoşa yarışında, SU-5 kateqoriyasında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, İbrahim Əliyev və onun polşalı komanda yoldaşı Bartlomiej Mroz finala vəsiqə uğrunda qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya - Pablo Serrano cütlüyü ilə üz-üzə gəlib.
Təmsilçimiz və onun tərəfdaşı bu görüşdə 2:0 (21:16, 21:16) hesabı ilə qalib gələrək finala yüksəliblər.
Qeyd edək ki, daha əvvəl digər parabadmintonçumuz Zəhra Salmanlı da qitə çempionatında finala vəsiqə qazanıb.

https://qelebe.az//uploads/photo/ibrahim-eliyev-avropa-chempionatinda-finala-yukselib.webp