III MDB Oyunları: Azərbaycan idmançısı üzgüçülük üzrə qızıl medal qazanıb
Azərbaycan idmançısı III MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanıb.
APA-nın qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir. Bu gün keçirilən 400 metr məsafədə qarışıq üsulla üzməkdə Azərbaycan üzgüçüsü Oqtay Hüseynov birinci yeri tutub.
Rusiyalı İlya Yamşanov gümüş, belaruslu Maksim Malışka isə bürünc medala sahib çıxıb.
Bundan başqa, 200 metr məsafəyə bras üsulu ilə üzməkdə Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy üçüncü yeri tutub. Rusiyalı İlya Yamşanov qızıl, Balarusdan olan Maksim Malışka gümüş medal qazanıb.
O. Hüseynov deyib ki, üzgüçülük üzrə Azərbaycan üçün ilk qızıl medal qazanılıb: "Mən çox sevinirəm Azərbaycan bayrağını qaldırdım. Bu qələbəni gözləyirdim”.

https://qelebe.az//uploads/photo/iii-mdb-oyunlari-azerbaycan-idmanchisi-uzguchuluk-uzre-qizil-medal-qazanib.webp
