Moldovalı müdafiəçi: "Özümü "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı oynamağa hazırlamışam"

Moldovalı müdafiəçi: "Özümü "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı oynamağa hazırlamışam"

"Özümü "Qarabağ", "Sabah", "Neftçi" kimi güclü komandalara qarşı oynamağa motivasiya etmişəm".

"Report"un məlumatına görə, bunu "Turan Tovuz"un yeni transferi Denis Marandiç Peşəkar Futbol Liqasının rəsmi yutub kanalına müsahibəsində deyib.

Moldovalı müdafiəçi bildirib ki, Azərbaycandakı iddialı komandaların avrokuboklardakı bəzi matçlarını izləyib: "Onları beynəlxalq arenadakı çıxışlarından tanıyıram. Düşünürəm ki, çətin olacaq. Ən yaxşı oyunumu göstərməyə çalışacağam".

27 yaşlı oyunu Tovuz təmsilçisində özünü xoşbəxt hiss etdiyini söyləyib: "Hamı məni çox yaxşı qarşıladı. Tam motivasiyalıyam, həqiqətən yaxşı kollektivimiz var. Antalyada ciddi hazırlıq keçdik. İnanıram ki, hazırkı çıxışımızı çempionat matçlarında da davam etdirib qarşıya qoyulan hədəflərə çatacağıq".

Yoxlama matçlarında 2 qol vuran təcrübəli futbolçu komandanın uğurunu şəxsi göstəricilərdən üstün tutur: "Qol vurub komandama kömək etdiyim üçün xoşbəxtəm. Düzdür, ilk növbədə müdafiəçiyəm. Amma vəzifələrimdən biri hücuma dəstək verməkdir. Önəmli olan rəsmi qarşılaşmalarda fərqlənməkdir. Həmin matçlarda daha yaxşı oynamalıyıq. Düzdür, fərdi nailiyyətlər də vacibdir. Amma ən birinci komandanın nəticələridir".

Marandiç tovuzlu azarkeşlərdən də danışıb: "Onların önündə oynamaq xoşdur. Tovuzlu fanatlar barədə eşitmişəm. Bilirəm ki, komandamızın yaxşı dəstəyi var. Onların qarşısında çıxış etməkdən məmnun olacağam".

Qeyd edək ki, Denis Marandiç 2020-ci ildən çıxış etdiyi Moldova millisində 6 oyun keçirib.

Futbol
Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol
“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır