"Abşeron Lions" Kipr klubunu məğlub edib
"Abşeron Lions" basketbol komandası Avropa Kubokun I təsnifat mərhələsinin ilk oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, təmsilçimiz "Anortosis"lə üz-üzə gəlib.
Oyun komandamızın 89:71 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

https://qelebe.az//uploads/photo/quotabsheron-lionsquot-kipr-klubunu-meglub-edib.webp