Kamal Umudlu Avropa çempionatı matçlarında
Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

https://qelebe.az//uploads/photo/kamal-umudlu-avropa-chempionati-matchlarinda.webp