“Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlməkdir

“Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlməkdir

“Benfika” UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Bruno Laje matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:

“Komanda ötən mövsüm Çempionlar Liqasında göstərdiyi yaxşı oyunları təkrarlamaq istəyir. Məqsədimiz qalib gəlmək, üç xal qazanmaq və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır. “Benfika”nı çalışdıran hər kəs yaxşı bilir ki, burada yüksək tələblər var. Yalnız titul qazanmaq kifayət etmir, yaxşı futbol da göstərmək vacibdir. Komanda həmişə irəli baxmalıdır. Müdafiədə ötənilki səviyyəyə qayıtmışıq. Avropada pressinqdə ən yaxşı komandalar arasında yer alırıq. Hücumda isə oyunu arxadan qurmağa, yarımmüdafiəçilərlə əlaqəni gücləndirməyə və topa nəzarət etməyə çalışırıq. Amma hücum xəttində hələ də inkişaf üçün imkanlarımız var. Daha çox dinamika və qol epizodları yaratmalıyıq. Buna görə daim futbolçularla işləyirik və inanıram ki, yaxşı oyun sərgiləyib 3 xal qazanacağıq”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

Futbol
Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Futbol
ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Futbol
“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

Futbol
Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Futbol
"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Futbol
DÇ-2022: Uels - İran oyunu başlayıb

DÇ-2022: Uels - İran oyunu başlayıb

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq