Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

"Çox intizamlı komandaya qarşı oynayacağıq".

"QELEBE.AZ"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Kristian Ştrayxın uzun illərdir komandanın sükanı arxasında olduğunu xatırladıb: "Frayburq" çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. İstədiklərimizi gerçəkləşdirməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir".

Qurbanov rəqib baş məşqçiyə hər hansı sürpriz hazırlamadığını bildirib: "Onlardan bizə qarşı bunu gözləmək lazımdır. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimatı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram".

Təcrübəli baş məşqçi "Frayburq"un Bundesliqada və Avropa Liqasındakı şanslarından söz açıb: "Analiz edəndən sonra onlara marağım çox böyük olub. Uzun illər eyni baş məşqçiyə güvənirlər. Bu, onların gələcəkdə uğurlar qazanmasına gətirib çıxara bilər. Çox istəklidirlər. Baş məşqçi nə vaxtsa bunun qarşılığını almalıdır. Növbəti mövsüm Çempionlar Liqasında olsalar, onları təbrik edəcəyəm və bundan şad olacağam".

Qurbanov "köhlən atlar"ın avrokuboklarda rəqibdən daha təcrübəli olmasına münasibət bildirib: "Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu o demək deyil ki, təcrübədə onları üstələyirik. "Frayburq" hər mövsüm vacib matçlara çıxır".

Mütəxəssis Bundesliqa təmsilçisinin standart vəziyyətlərdə təhlükəli olduğunu xatırladıb: "Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginlimiz yoxdur".

Baş məşqçi İbrahima Vadjinin Fransanın "Sent-Etyen" klubuna keçidinə də toxunub: "Bu gün onun bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o, yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimdə olan futbolçularla qarşıdakı oyunlara hazırlaşacağıq".

Qurbanov Almaniya klubunun hər mövqedə bir-birini başa düşən yaxşı oyunçularının olduğunu vurğulayıb: "Demək olar ki, bütün futbolçuların adlarını əzbər bilirəm. Amma hansınıa xüsusi vurğulamaq istəmirəm. Onlar daha çox kollektiv oyuna üstünlük verirlər. Bu rəqibə qarşı diqqətli olmalıyıq".

Qeyd edək ki, sentyabrın 8-də "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Futbol
Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

Futbol
Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Futbol
"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

Futbol
Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"

Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"

Futbol
“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb