"Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub

"Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub

Misli Premyer Liqasının I turunda təxirə salınan "Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub. 

QELEBE.AZ xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat verib. 

Görüş dekabrın 18-də baş tutacaq.

Qeyd edək ki, matç komandaların avrokubok oyunlarına görə təxirə salınmışdı.