Millimiz “Slovenia Nations Cup” turnirində növbəti oyununa çıxacaq
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.

https://qelebe.az//uploads/photo/millimiz-slovenia-nations-cup-turnirinde-novbeti-oyununa-chixacaq.webp