Millimiz İslandiyaya qarşı - YENİLƏNİR
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda səfərdə İslandiya ilə qarşılaşacaq.
Reykyavikdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.
DÇ-2026
Seçmə mərhələ, I tur
22:45 İslandiya – Azərbaycan
Reykyavik, “Lauqardalsvollur” stadionu
Baş hakim: Sander van der Eiyk
Baş hakimin köməkçiləri: Rens Bluemink, Stefan de Qroot
Dördüncü hakim: Mark Naqteqaal
VAR hakimləri: Jeroen Manşot, Kley Ruperti

https://qelebe.az//uploads/photo/millimiz-islandiyaya-qarshi-yenilenir.webp