"Sabah"ın azərbaycanlı basketbolçusu: "Peşəkar klubda mübarizəyə start verəcəyim üçün həyəcanlıyam"

"Sabah"ın azərbaycanlı basketbolçusu: "Peşəkar klubda mübarizəyə start verəcəyim üçün həyəcanlıyam"

Basketbol üzrə Azərbaycanın U-18 millisinin üzvü Hüseyn Qaflanov "Sabah" klubu ilə peşəkar müqavilə imzaladığı üçün sevinclidir.

Bunu "Report"a açıqlamasında 18 yaşlı oyunçu özü bildirib.

O, yeni komandasında böyük hədəflərə çatmağı planlaşdırır:

"Sabah"la müqavilə imzalamaq çox gözəldir. Həm sevincliyəm, həm də peşəkar klubda karyerama start verəcəyim üçün həyəcanlıyam. "Sabah"ın yüksək yerlər uğrunda mübarizə apardığından və qarşısına böyük hədəflər qoyduğundan xəbərdaram. Təklif gələndə, böyük həvəslə qəbul etdim. Hər zaman yeni nələrsə öyrənməyə açığam. Komanda yoldaşlarımdan və məşqçilərimdən basketbolun sirrlərini öyrənməyə davam edəcəyəm".

H.Qaflanov daha əvvəl Litvanın paytaxtı Vilnüsdə yerləşən "NBA school"da və ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında aldığı basketbol təhsilinin ona gələcək karyerasında fayda verəcəyini söyləyib:

"Düşünürəm ki, istənilən təcrübə idmançı üçün faydalıdır. Öyrəndiyim təcrübə ilə "Sabah"a faydalı olacağıma inanıram. Bu komandada rəqabət yüksəkdir. Əsas heyətdə möhkəmlənmək üçün çox çalışmalıyam".

Qeyd edək ki, son ölkə çempionu "Sabah" Hüseyn Qaflanovla "2+1" illik müqavilə imzalayıb.

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq