Azərbaycan millisi 1/4 final matçına çıxacaq
3x3 basketbol üzrə Qadın Seriyasının Səbail mərhələsinin ikinci oyun gününün afişası məlum olub.
QELEBE.AZ xəbər verir ki, sabah Fəvvarələr meydanında ilk olaraq 1/4 finalın oyunları keçiriləcək.
Saat 16.00-da Niderland yığması “Şanxay Redvinqs”lə, 16.25-də Azərbaycan millisi Rumınıyanın “CS Rapid” klubu ilə, 16.50-də Çexiya İtaliya ilə, 17.15-də isə Niderlandın U-25 kollektivi isə Polşa basketbolçuları ilə qarşılaşacaq.
Daha sonra yarımfinal və final oyunları olacaq.
Final görüşü 19.15-də başlayacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisi-14-final-matchina-chixacaq.webp