Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı…”
Misli Premyer Liqasının I turu çərçivəsində “Neftçi” öz meydanında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.
QELEBE.AZ xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyun idi. Rəqib "Neftçi" idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada "Neftçi"yə qarşı oynamaq çətin idi. Amma ilk oyna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi, rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunçuluq oldu. Dəyişiklik etdik. Səfərdə bir xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq istəyirik, futbolçularımızın daha yaxşı inikişafını istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar.
- Heyətin geniş olmaması işinizi çətinləşdirəcək? Pulunuz yoxdur deyə, legioner gətirə bilmirsiz?
- Görsəz komandanı necə quruşuq..Ehtiyat qüvvə bizdə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə ki, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz Qarşımıza qorulan hədəfə çatmağa imkan verir. Hədəfdən..Bizim də büdcəmiz çox olsaydı, 16-17 legionerlər gətirərdik. Yerliləri də transfer edə bilmirik. Yerli futbolçular gətirmək bizim üçün legioner gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaqlar. Oruc və Edqar da bura daxildir. Onları da meydançada görəcəyik.
- Edqarın ehtiyatda qalması nə ilə əlaqədar idi? 90 dəqiqə oynamağa hazır deyil?
- Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqaırn cinahında rəqabət var. Bu, onun inkişafına gətirib çıxaracaq. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.

https://qelebe.az//uploads/photo/ayxan-abbasov-bizim-de-budcemiz-chox-olsaydi.webp