“Arsenal”ın müdafiəçisi “Fənər”in radarında
“Fənərbaxça” “Arsenal”ın sol cinah müdafiəçisi Aleksandr Zinçenkonu transfer etmək istəyir.
QELEBE.AZ xəbər verir ki, “sarı-lacivərlilər”in idman direktoru Devin Özek bu məsələlə bağlı “topçular”la danışıqlara başlayıb.
London təmsilçisi ukraynalı futbolçu üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Zinçenko 2022-ci ildən “Arsenal”ın heyətində çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/arsenalin-mudafiechisi-fenerin-radarinda.webp