“Araz-Naxçıvan”ın baş məşqçisi: "Çempionlar Liqasında hədəf qrup lideri olmaqdır"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Çempionlar Liqasında hədəf qrup lideri olmaqdır"

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” futzal klubunun qarşısına ilkin mərhələdə yer aldığı qrupu lider kimi başa vurmaq hədəfi qoyulub.

Bunu “Report”a açıqlamasında son ölkə çempionunun baş məşqçisi Yevgeni Kukseviç bildirib.

Rusiyalı mütəxəssis başqa nəticənin onlar üçün uğursuz hesab olunacağını söyləyib:

“Qrupu lider kimi başa vurmaq qarşımıza qoyulan vəzifədir. Heç bir başqa nəticəyə köklənməmişik. Lider kimi növbəti mərhələyə adlamaq istəyirik. İkinci yeri tutsaq, bu bizim üçün uğursuz nəticə kimi qiymətləndiriləcək. Nə mən, nə köməkçilərim, nə də komanda ikinci yer haqqında düşünür”.

Baş məşqçi avqustun 2-dən komanda şəklində məşqlərə başladıqlarını qeyd edib:

“UEFA Çempionlar Liqasının ilkin mərhələsinə hazırlıq prosesi artıq başlayıb. İyunun 23-dən Bakıda olan yerli futzalçılar yüngül məşqlərə başlamışdılar. Avqustun 2-dən isə Bakı şəhərində yerləşən otellərdən birində məskunlaşmışıq və komanda şəklində gündə iki dəfə olmaqla məşqlər keçirik. Bütün oyunçular tibbi müayinədən keçiblər”.

Baş məşqçi rəhbərliyin kollektivdə yaxşı ab-hava yaratdığını vurğulayıb:

“Mən gəldiyim gündən komandada yaxşı ab-hava var. Rəhbərliyə təşəkkür edirəm ki, belə atmosfer yarada biliblər. Bu baxımdan mənə böyük kömək göstərilir. Hərtərəfli dəstək verirlər və istədiyim şəraiti yaradırlar ki, təlim-məşq prosesi lazımi şəkildə keçsin. Yeni qoşulanlar da komandaya rəng qatıblar və hazırda dostluq, ailə münasibətləri hökm sürür”.

Y.Kukseviç texniki-taktiki məşqlərə kökləndiklərini bildirib:

“Hazırda komandada yerli və mənimlə birlikdə gəlmiş köməkçi məşqçilər var. Məşqlərimizin daha səmərəli olması üçün bunlar vacibdir. Yükümün bir az azalması daha çox texniki-taktiki məsələlərə köklənməyimə yardım göstərir. Bu səbəbdən klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sizə də təşəkkür edirəm ki, komandanın durumu ilə daim maraqlanırsınız”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

Futbol
Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Futbol
Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"