Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

"Qarşılaşmanın sonlarında penalti verilməli idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün sonlarında həmin epizoda dəfələrlə baxdıqlarını bildirib: "Hakim onu necə verməyə bilər? Bu, hələ də sual doğrurur. Artıq hər şey keçmişdə qalıb, kubok bizim üçün bitmiş sayılır. "Zirə" ilə çempionat oyununa hazırlaşmalıyıq. Yaxşı oynadıqları üçün futbolçularıma təşəkkür edirəm".

Əhmədov maraqlı oyun izlədiklərini sözlərinə əlavə edib: "İlk görüşdə 1:2 hesabı ilə uduzmuşduq. İstər-istəməz komandada bir az təzyiq var idi. İlk dəqiqələrdə həyacan, inamsızlıq hiss edilirdi. Qarşılaşmanın əvvəlində iki top buraxsaq da, geridönüş edə bildik. Hətta qalib də gələ bilərdik. Hər iki komanda gələcəyə ümid verir".

Təcrübəli baş məşqçi müdafiə futbolu oynatmağı xoşlamadığını vurğulayıb: “Fəlsəfəmi dəyişəsi deyiləm. Bu gün də eyni üslubda meydana çıxdıq. Komanda rəqibə və azarkeşlərə həyəcan yaşatmalıdır. Həmişə oyunçulardan bunu istəmişəm”.

Mütəxəssis qış transfer dönəmində bir neçə futbolçu ilə vidalaşacaqlarını deyib: “Siyahını rəhbərliyə təqdim etmişəm. Heyət gəncləşdirilməli və yeni nəfəs gəlməlidir. U-21 millisindən və akademiyamızdan oyunçular cəlb etmək niyyətindəyik. Yerli və əcnəbilərlə danışıqlarımız davam edir”.

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb