Azərbaycan klubunun bolqarıstanlı sabiq prezidenti: "Sabah” ciddi rəqibdir, cavab matçında hər şey ola bilər" - MÜSAHİBƏ

Azərbaycan klubunun bolqarıstanlı sabiq prezidenti: "Sabah” ciddi rəqibdir, cavab matçında hər şey ola bilər" - MÜSAHİBƏ

"İnter”in (hazırkı “Şamaxı”) sabiq prezidenti Georgi Nikolov “Report”un suallarını cavablandırıb.

Bolqarıstanlı iş adamı Sofiyada yerli “Levski” və “Sabah” arasında keçirilmiş Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu və başqa məsələlər haqqında danışıb.

- Bolqarıstandakı oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitdi. Matç haqqında nə deyə bilərsiniz?

- ⁠Dürüst olacağam, oyuna baxmamışam Sonra hesabı gördüm, icmalı izlədim. Məncə, bərabər səviyyədə oyun keçib. Hər iki komanda yüksək səviyyəli futbol nümayiş etdirib. 70 dəqiqədən sonra “Sabah” yoruldu, temp çox aşağı düşdü. Düşünürəm ki, bundan istifadə etdiyi üçün “Levski” qol vura bildi. Məncə, nəticə olduqca ədalətlidir.

- “Sabah” Bakıda mərhələni keçə bilər?

- ⁠Əlbəttə ki, keçə bilər. “Levski” bu komandanı düzgün qiymətləndirməlidir. “Sabah” ciddi rəqibdir, cavab matçında hər şey ola bilər. Amma məncə, Bolqarıstan komandası avrokuboklarda daha da irəli gedəcək. Mənim proqnozum belədir.

- Azərbaycan futbolunu izləyirsiniz?

- ⁠Çempionat matçlarına çox baxa bilməsəm də, avrokuboklarda “Qarabağ”ın nəticələrindən xəbərim var.

- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində ölkənizin digər təmsilçisi “Ludoqorets”lə qarşılaşa bilər.

- ⁠Bəli. Ötən mövsümdə də üz-üzə gəliblər. Səhv etmirəmsə, Bakıda “Qarabağ”a qalib gəlmişdilər. Sonra burada, gözlərim qarşısında böyük hesabla məğlub oldular. 7:2 hesablı nəticə qeydə alınmışdı. Beləliklə, ikisi də pley-offa yüksəlsə, maraqlı duel olacaq. Ehtimalıma görə, “Ludoqorets” qisas almaq istəyəcək. Amma onu da deməliyəm ki, ölkə çempionumuz ötən mövsümlə müqayisədə bir az zəifdir. Yəni, qarşıdakı mümkün görüşün nəticəsini təxmin edə bilmirəm. Lakin “Qarabağ”ın daha güclü olduğunu deyə bilərəm.

- Azərbaycan və Bolqarıstan futbolunu necə müqayisə edərdiniz? Son dönəmlərdə hansında daha çox inkişaf gözə çarpır?

- ⁠Bu ölkələrin futbolu çox oxşardır. Yəqin ki, Azərbaycanda daha çox fiziki mübarizəyə üstünlük verilir. Azərbaycana yaxşı texnikalı oyunçular da gəlir. Belə yerli oyunçularınız da var. Buna görə də hər ikisinin bir-birinə yaxın olduğunu düşünürəm. Bolqarıstan futbolu hazırda yaxşı dönəmlərini yaşamır. Azərbaycan millisinin də son nəticələri elə də yaxşı deyil.

- Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib. Bu barədə fikir bildirmək istəyərsiniz?

- ⁠Mən ölkənizdə işlədiyim vaxtda da bəzi dəyişikliklər olub. Amma nəticələrdə xüsusi bir irəliləyiş görmədim. Limitdə heç bir məhdudiyyət olmadığı vaxt yaxşı nəticələr olub. Hətta legioner limiti tətbiq ediləndə “Qarabağ”ın Çempionlar Liqasında qrup mərhələsinə yüksəldiyini də bilirəm. Hazırda limitin ləğvinin Azərbaycan futboluna fayda və ya zərər verəcəyini deyə bilmərəm. İnanıram ki, ölkənizə gələcək əcnəbi oyunçuların səviyyəsi yüksək olacaq və azərbaycanlı oyunçular da özlərini göstərərək şans qazana biləcəklər.

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Futbol
Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”

Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

Futbol
Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq