AFFA rəsmisi: "Demək olar ki, İntizam Məcəlləsinin bütün maddələrində dəyişiklik edilib"

AFFA rəsmisi: "Demək olar ki, İntizam Məcəlləsinin bütün maddələrində dəyişiklik edilib"

AFFA İntizam Məcəlləsinin, demək olar ki, bütün maddələrində dəyişiklik edilib.

Bunu "QELEBE.AZ"a milli assosiasiyanın İntizam Komitəsinin sədri Erkin Hüseynov deyib.

O, yenilənmiş İntizam Məcəlləsinin hüquqi cəhətdən daha da təkmilləşdirildiyini bildirib:

"Bu sənəddə bir çox dəyişikliklər olub. Detallar barədə çox danışa bilməyəcəyəm. Demək olar ki, 1-ci maddədən sonuncuya qədər hamısında dəyişiklik var. Bunlar tək cəzaların məbləğləri ilə bağlı deyil".

E.Hüseynov sənədi əvvəlki ilə müqayisə edib:

"Hüquqi nəzəriyəsinə baxanda artıq İntizam Məcəlləsinə oxşayır. Əvvəlki bir az səthi formada idi. Hazırkı variant komitəmizin üzvləri ilə birlikdə hüquqşunaslar tərəfindən təkmilləşdirilib".

Qeyd edək ki, AFFA ötən gün 2025/2026 mövsümü üçün İntizam Məcəlləsinin yeniləndiyini açıqlayıb. Bildirilib ki, yeni variant struktur və hüquqi cəhətdən təkmilləşdirilib, mövcud terminologiya daha dəqiq və sistemli şəkildə ifadə olunub.

Məcəlləyə yeni anlayışlar əlavə edilib, intizam pozuntularının əhatə dairəsi genişləndirilib və dəqiqləşdirilib, intizam tədbirlərinin növləri və tətbiq mexanizmləri aydın şəkildə tənzimlənib.

Futbol
UEFA assosiasiyalara xəbərdarlıq edib

UEFA assosiasiyalara xəbərdarlıq edib

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Futbol
Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Futbol
“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"