Neymar 3 ildən sonra dubl etdi - “Santos” qələbə qazandı
Braziliya çempionatında XVIII turun görüşləri keçirilir.
QELEBE.AZ xəbər verir ki, Neymarın çıxış etdiyi “Santos” “Yuventude” üzərində 3:1 hesablı qələbə qazanıb.
Braziliyalı ulduz bu görüşdə 2 qolla yadda qalıb. O, 2022-ci ildən bəri ilk dəfə bir matçda dubl etməyə nail olub.
Qeyd edək ki, “Santos” hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/neymar-3-ilden-sonra-dubl-etdi-santos-qelebe-qazandi.webp