Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında optimal heyətlə daha artığına ümid edə bilərdik"

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında optimal heyətlə daha artığına ümid edə bilərdik"

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi optimal heyətlə Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş dünya çempionatında daha artığına ümid edə bilərdi.

Bunu "QELEBE.AZ"a qılıncoynatma üzrə millinin baş məşqçisi Çingiz Mustafayev deyib.

O, komandanın yarışda 13-cü yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında Anna Başta və Zərifə Hüseynova olmadan çıxış etdik. İlk görüşümüzü qələbə ilə başa vurduq. Ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda Yay Olimpiya Oyunlarının iştirakçısı ABŞ yığması ilə qarşılaşdıq. Burada əsas yük Səbinə Kərimova və Palina Kaspiaroviçin çiyinlərinə düşürdü. Leyla Əhmədova yeniyetmə idmançımızdır. Onun bu səviyyədə çıxış etməsi üçün zamana ehtiyacı var. Amma reytinq xalları qazanmaq üçün komanda yarışlarından kənarda qala bilməzdik. Leylanın öncədən necə təsir bağışlayacağını təxmin edirdik. Səbinə Kərimova və Palina Kaspiaroviç özlərini yaxşı tərəfdən göstərə bildilər. Bütün görüşlərini bərabər səviyyədə keçirdilər. Biz bu komandalarla zədəlilərimiz sıraya dönəndən sonra qarşıdakı turnirlərdə yenidən qarşılaşmalı olacağıq".

Mütəxəssis 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir seçməsinə məğlubiyyətdən sonra komanda ilə söhbətlərinin olduğunu sözlərinə əlavə edib:

"Ardınca Səbinə və Palina, demək olar ki, ikisi Honkonq sablyaçılarını məğlub etdilər. Son görüşdə isə olimpiya çempionu olan Ukrayna yığmasına qalib gəldik. Bəli, onların heyətində Olqa Xarlan yox idi. Lakin biz də Anna Başta və Zərifə Hüseynovanın xidmətindən məhrum idik. Yekunda 13-cü olduq. Lakin düşünürəm ki, optimal heyətlə daha artığına ümid edə bilərdik".

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib