Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün bilet satışı başlayıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər: "Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq. Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmədən faydalanmağa dəvət edirik".

Biletlər "28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıtda satılacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək.

Fərdi
Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub