“Turan Tovuz”a daha iki rəqib
"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Qərblilər avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/turan-tovuza-daha-iki-reqib.webp