“Karvan”dan yeni transfer

“Karvan”dan yeni transfer

"Karvan" növbəti transferini həyata keçirib.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn” (İngiltərə), “Dundalk” (İrlandiya) və “Connahs Quay” (Uels) klublarında forma geyinib.

23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.