Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu

Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri – Andorranın “Atletik Eskaldes” və Albaniyanın “Dinamo Siti” klubları üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, səfərdə çıxış edən Albaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və cavab görüşü öncəsi üstünlük əldə edib.

Qeyd edək ki, “Zirə” II təsnifat mərhələsinin ilk oyununda Bakıda Xorvatiyanın “Hayduk” klubu ilə 1:1 hesablı heç-heçə edib.