Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Çərşənbə axşamı Santos şəhərinin (San-Paulu ştatı) “Vila Belmiro” stadionunda Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi başa çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, dəfn korteji vətəndaş anım mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.

Mərasimin sonunda Pelenin nəşi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının damına qaldırılıb və Braziliya bayrağı ilə örtülüb. Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının hələ də yaşadığı evin yanından keçəcək.

Bundan sonra Pele onun özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq.

Anım mərasiminin təşkilatçılarının sözlərinə görə, bir gündə Pele ilə vidalaşmağa 150 mindən çox insan gəlib. Bazar ertəsi və çərşənbə axşamı stadiona bitişik küçələr mərhum futbolçunun xatirəsini yad etməyə gələn insanlarla dolu olub, növbənin uzunluğu 2,3 ​​km-ə çatıb, insanlar üç saatdan çox orada dayanıblar.

Onun tabutu 1956-cı ildə “Santos” futbol komandası ilə debüt etdiyi oyun meydançasının mərkəzi dairəsindəki çardaq altındakı platformaya qoyulub.

Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib.

Futbol
Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Futbol
Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Futbol
Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub