ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR

ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək.

Püşkdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

"Köhlən atlar" 3 cütdən 6 komanda ilə qarşılaşa bilər. Komandamızın mümkün rəqibləri arasında Xorvatiya, Bolqarıstan, Malta, Ukrayna, Şimali Makedoniya və Rumıniya çempionları yer alıb.

"Şelburn" - "Qarabağ" cütünün qalibinin potensial rəqibləri:
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
"Hamrun" (Malta) - "Dinamo Kiyev" (Ukrayna) cütünün qalibi
"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.