PSJ-nin sabiq qapıçısından yeni müqavilə
PSJ-nin sabiq qapıçısı Serxio Rikonun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, "Əl-Qarafa" ilə müqavilə müddətini yeniləyib.
Qolkiper daha bir mövsüm Qətər klubunun heyətində çıxış edəcək. Sözləşmə 30 iyun 2026-cı ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Riko "Əl-Qarafa"ya 2024-cü ilin sentyabrında qoşulub.

https://qelebe.az//uploads/photo/psj-nin-sabiq-qapichisindan-yeni-muqavile.webp