Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ
"Yuventus"un sabiq üzvü Federiko Bernardeski A Seriyasına qayıdıb.
Apasport.az xəbər verir ki, futbolçu “Bolonya”ya azad agent kimi qoşulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. İtaliya millisinin üzvü yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Bernardeski son olaraq MLS-də “Toronto”nun formasını geyinib.

https://qelebe.az//uploads/photo/sabiq-yuventuslu-yeniden-a-seriyasinda-resmi.webp