"Sabah"ın baş məşqçisi: "Sele" üzərində mütləq qələbə qazanmalıyıq"

"Sabah"ın baş məşqçisi: "Sele" üzərində mütləq qələbə qazanmalıyıq"

"Sabah" "Sele" üzərində mütləq qələbə qazanmalıdır.

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis səfərdə Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük – son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma inanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil. Nə olursa olsun — hətta ilk oyun 2:2 başa çatsaydı belə sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq analiz etmişik. İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq.”

Qeyd edək ki, "Sele" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

Futbol
"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
"Neftçi"nin futbolçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu əməliyyat olunub