Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

"Əla oyun keçdi. İlk hissə yaxşı alındı və komanda çox xoşuma gəldi".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis ikinci yarıda əziyyət çəkdiklərini bildirib: "Yorğunluq, hesabı qorumaq qorxusu var idi. Buna baxmayaraq, qalib gəldik. Hamımız sevinirik, Gənc komandayıq. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır".

66 yaşlı baş məşqçi nəticədən razı qaldığını söyləyib: "Uşaqlardan nə istəmişdim, hamısını yerinə yetirdilər. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. İnkişaf etməliyik. İntensivliyi gördünüz. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı".

De Byazi son turda Bakıda Qazaxıstan seçməsinə qarşı keçirəcəkləri görüşə də toxunub: "Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Kimin oynayıb-oynamasına qərar vermək tezdir. Riçard Almeydanın cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta onu bir ara yığmaya çağırmadığım üçün özündən üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır".

O, final fitindən sonra rəqib baş məşqçi Françesko Kaltsona ilə aralarındakı dialoqu da açıqlayıb: "Kaltsonaya dedim ki, narahat olmasın, millidə işləmək çox çətindir. Yaxşı komandası var. Cəmi 4 oyun keçirib. Baş məşqçi sehrbaz deyil. Qısa müddətdə böyük uğurlar gözləmək olmaz".

Futbol
Peşəkar Futbol Liqasında yeni təyinat olub

Peşəkar Futbol Liqasında yeni təyinat olub

Futbol
Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol
Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Futbol
"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Futbol
Neymar topuğundan zədələnib

Neymar topuğundan zədələnib

Futbol
Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər