Millimiz İslandiyanı məğlub edib - FOTO

Millimiz İslandiyanı məğlub edib - FOTO

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionunda dördüncü oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, C qrupunda yer alan millimiz IV tur çərçivəsində İslandiya ilə qarşılaşıb.

Görüş yığmamızın 86:79 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, millimiz növbəti turda Kosovo ilə üz-üzə gələcək.