18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionunda dördüncü oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, C qrupunda yer alan millimiz IV tur çərçivəsində İslandiya ilə qarşılaşıb.
Görüş yığmamızın 86:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz növbəti turda Kosovo ilə üz-üzə gələcək.