Üçqat Avropa çempionu: “III MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir”

Üçqat Avropa çempionu: “III MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir”

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, üçqat Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı olan Həsrət Cəfərov (67 kq) III MDB Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb.

“Report” xəbər verir ki, yunan-Roma güləşçisi bunu Bakı Şəhər Halqasının mətbuat xidmətinə açıqlamasında bildirib.

2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının çempionu olmuş və açılış mərasimində Azərbaycan bayrağını daşımış pəhləvan bu şansın dəyərləndirməsinin vacibliyini vurğulayıb:

“Bu, çox böyük hadisədir. III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir. Məncə, bizim idmançılar bu şansı dəyərləndirməlidirlər. Onlara böyük bir şərəf nəsib olub, ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər”.

O, Azərbaycan güləşçilərinin potensialını dəyərləndirib:

“Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır. Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək”.

İdmançı I MDB Oyunlarını xatırlayıb:

“Mən çempion oldum və açılış mərasimində bayraqdar idim. Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim. Çox medal qazandım, Parisdə ilimpiadanın bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalı olsa da, dayanmıram”.

H.Cəfərov növbəti hədflərindən söz açıb:

“Dünya çempionu olmaq, daha sonra 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq istəyirəm. Məni idmanda nəticələr və güləşə olan sevgim motivasiya edir. Bu, sadəcə, bir iş deyil, həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur”.

Yunan-Roma güləşçisi idmana yeni başlayanlara məsləhətlərini də verib:

“İlk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə, nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim üzərlərində işləsinlər”.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub