Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirin təntənəli açılış mərasimi keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"QELEBE.AZ" xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb.

Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar.

Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb.

Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib.

Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı "Yaşa, Azərbaycan" mahnısı, "Xan" qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər.

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Elçin Əsədov:  "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Elçin Əsədov: "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Fərdi
Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib