Toqolu futbolçu "Zirə"də

Toqolu futbolçu "Zirə"də

“Zirə” yeni futbolçuyla anlaşıb.

Apasport.az xəbər verir ki, komanda Abdul Aziz Batibieni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi toqolu futbolçuyla 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.