"Araz"ın avrokubokdakı rəqibi heyətini “Benfika”nın yetirməsi ilə gücləndirib
“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Saloniki təmsilçisi “Eştoril”dən Pedro Alvaronu transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan Pedro 2020-ci ildə “B SAD”a, daha sonra isə “Eştoril”ə keçib. O, başa çatan mövsümdə Portuqaliya Liqasında 31 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Araz-Naxçıvan” “Aris”lə ilk oyunu iyulun 24-də Bakıda, cavab matçını isə 31-də Salonikidə keçirəcək.

https://qelebe.az//uploads/photo/quotarazquotin-avrokubokdaki-reqibi-heyetini-benfikanin-yetirmesi-ile-guclendirib.webp