Elçin Məsiyevə növbəti təyinat

Elçin Məsiyevə növbəti təyinat

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq. İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, ədalət təmsilçimiz daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.