“Qarabağ” akademiyasının komandaları beynəlxalq turnirlərdə iştirak edəcəklər

“Qarabağ” akademiyasının komandaları beynəlxalq turnirlərdə iştirak edəcəklər

“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandaları bir neçə beynəlxalq turnirdə iştirak edəcəklər.

Bu barədə “Report”a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.

Mütəxəssis U-10 komandasının bir neçə gündən sonra Avstriyaya yollanacağını söyləyib:

“Bu ölkədəki turnirdə iki heyətlə - “Qarabağ-1” və “Qarabağ-2” kimi çıxış edəcəyik. Məqsədimiz bu futbolçuların daha çox oynamasıdır. İyunun 23-nə qədər Vyanada olacağıq”.

A.Hacıyev U-17-nin İsveçdə keçiriləcək ən güclü turnirlərdən birində iştirak edəcəyini nəzərə çatdırıb:

“U-17 komandası isə iyulda İsveçə yollanacaq. Bu, demək olar dünyada bir nömrəli turnirdir. “Gothia Cup” Göteborqda təşkil ediləcək. Növbəti mövsüm turnirlər avqustdan başlayacaq. 2011-ci il təvəllüdlü futbolçuları böyük ehtimalla Qazaxıstana göndərəcəyik. Orada yaxşı turnir olacaq. U-12-nin isə Gənclər və İdman Nazirliyi tərəfindən Qubada təşkil olunacaq turnirdə iştirakına şərait yaradacağıq. Çox keyfiyyətli yarış olmalıdır. Turnirlərdəki hədəflərimizə gəlincə, əlbəttə, çempionluq yaxşıdır. Amma əsas məqsəd futbolçuların tez bir zamanda peşəkarlaşması və inkişaf etməsidir. Demək olar bütün yaş qruplarından ibarət komandalarımız Azərbaycan çempionatlarında medal qazandılar. Bu, uşaqlar üçün də motivasiyadır. Əsas məqsəd onları peşəkar futbola hazırlamaqdır”.

O, klubun U-13 komandasının Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olmasına da münasibət bildirib:

“U-13 yeni bir komanda idi. Bu il ölkə çempionatında da oyun baxımından özlərini yaxşı tərəfdən göstərdilər. Bu səbəbədən komandanı turnirə göndərməyə qərar vermişdik. Turnirdə “Ludoqorets”, “Levski”, “Botev”, “Burqas” və Bolqarıstanın digər məşhur klubları iştirak edirdi. Uşaqlar yaxşı təcrübə qazandılar. Bir məğlubiyyətləri oldu və qrupu ikinci yerdə bitirdilər. Daha sonra yarımfinalda “Levski” ilə qarşılaşdılar. Bu rəqiblə heç-heçə edib (0:0), penaltilər seriyasında finala vəsiqə qazandılar. Finalda qarşılaşdıqları “Burqas” klubu digər qrupda seçilən kollektivlərdən idi. Ümumilkdə turnir yaxşı təşkil olunmuşdu”.

Qeyd edək ki, "Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.

Futbol
AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

Futbol
Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Futbol
Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib

Futbol
Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda