Azərbaycan cüdoçusu: "Dünya çempionatında qazandığım medal mənim üçün çox dəyərlidir"

Azərbaycan cüdoçusu: "Dünya çempionatında qazandığım medal mənim üçün çox dəyərlidir"

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qazandığı bürünc medalı dəyərləndirib.

"Report" xəbər verir ki, milli üzvü bu barədə Cüdo Federasiyasının mətbuat xidmətinə danışıb.

“Təəssüratlarım əladır. Çox sevincliyəm və xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə bu, qızıl medala bərabərdir. Çünki bu, dünya çempionatlarında qazandığım ilk medaldır. Məşqçilərlə birlikdə plan hazırladıq və bu uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bürünc medal uğrunda görüş yaxşı keçdi və qələbə qazandım. Yarımfinalda qələbə qazanmaq imkanım var idi. Amma belə alındı. Elə oldu ki, rəqibim məni üstələdi”, - deyə o söyləyib.

O, növbəti il Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq istədiyini bildirib:

“Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəyəm. Federasiya rəhbərliyi məni təbrik etdi, hər zamankı kimi dəstək göstərdi. Qələbəni ailəmə, Azərbaycana, federasiyaya, bütün tibbi heyətə, məşqçilərə, bu yolda yanımda olan hər kəsə həsr edirəm. Çünki onlar mənə hər şey veriblər. Növbəti hədəfim evə qayıtmaq, həyat yoldaşım və övladlarımla birlikdə istirahət etməkdir".

Qeyd edək ki, Z.Tçkayev dünya çempionatında bürünc medal uğrunda görüşdə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"