“Turan Tovuz”da kütləvi ayrılıq: 9 futbolçuya vida - Rəsmi
"Turan Tovuz" klubu bir neçə futbolçusu ilə yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi 9 oyunçu ilə vidalaşıb.
Bunları müqavilə müddətləri başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevdir.

https://qelebe.az//uploads/photo/turan-tovuzda-kutlevi-ayriliq-9-futbolchuya-vida-resmi.webp