Mükəmməl təşkilatçılıq və tarixi zəfər - Azərbaycan millisi dünyanın ən güclüsüdür - ŞƏRH

Mükəmməl təşkilatçılıq və tarixi zəfər - Azərbaycan millisi dünyanın ən güclüsüdür - ŞƏRH

Minifutbol üzrə dünya çempionatı Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşdı. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Milli Gimnastika Arenasında mundialın kubokunu başı üzərinə qaldırmaqla Azərbaycan azarkeşinə böyük sevinc yaşatdı. Etiraf edək ki, gözlənilən sonluq idi, çünki millimiz 32 komandanın mübarizə apardığı dünya çempionatının əsas favoritlərindən sayılırdı. Doğma meydan amili və möhtəşəm azarkeş dəstəyi də yığmanın gücünə əlavə güc qatır, komandada özünə inam hissini daha da artırırdı.

Halbuki start o qədər də uğurlu alınmadı. A qrupundakı ilk oyununda millimiz Bəhreynin müqavimətini qıra bilməyərək heç-heçə ilə kifayətləndi. Bununla belə, sonrakı iki görüşdə Sloveniya və Mavritaniyanı məğlub edən təmsilçimiz pley-offa qrup lideri qismində vəsiqə qazandı. Burada isə rəqibimiz son dünya çempionu Rumıniya millisi idi. Gözlənildiyi kimi, qarşılaşma gərgin mübarizəyə səhnə oldu. Əsas vaxtda qalibi müəyyənləşdirmək mümkün olmadı - 1:1. Penaltilər seriyasında isə yığmamız titulun son sahibini üstələyərək (2:1) adını ən güclü 8 komanda sırasına yazdırdı.

1/4 finaldakı rəqib də "asan yem" deyildi. Lakin İngiltərə ciddi müqavimət göstərsə də, sonda "ağ bayraq" qaldırdı. Yeri gəlmişkən, bu qarşılaşmada tarixi hadisə qeydə alındı. Matçı 7007 azarkeş izlədi ki, bu da dünya və Avropa çempionatları tarixinin rekord göstəricisi oldu. Müqayisə üçün qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən qitə birinciliyinin açılış oyununda - Slovakiya - Belçika görüşündə (6513) olub.

Azarkeşlərin möhtəşəm dəstəyinə arxalanan Azərbaycan millisi finalın bir addımlığında Monteneqro ilə münasibətləri aydınlaşdırdı. Elşad Quliyevin yetirmələri iki il əvvəl BƏƏ-də debüt etdiyi mundialda da yarımfinala vəsiqə qazanmışdı. Amma sonradan ardıcıl iki görüşdə uduzan komanda medalı qazanmaq şansını qaçıraraq 4-cü yerdə qərarlaşmışdı. Bu dəfə isə komanda xoş olmayan tarixin təkrarlanmasına imkan vermədi və 2:1 hesablı qələbə ilə adını finala yazdırdı. Bu artıq irəli atılmış bir addım, minimum gümüş medalın təmin olunması demək idi. Görünən isə o idi ki, komanda bununla kifayətlənmək fikrində deyil. Baş məşqçi və futbolçular açıqlamalarında birmənalı şəkildə titulu qazanmağa kökləndiklərini söyləyirdilər.

Və tarixi gün! İyunun 1-də bütün diqqətlər Milli Gimnastika Arenasına yönəlmişdi. Tribunalarda və mavi ekran qarşısında əyləşənlər komandadan ancaq mundialın fəth edilməsini gözləyirdilər. Təmsilçimiz də Macarıstanla həlledici matça fırtına kimi başladı. Hakimin final fitinə kimi rəqibinə meydanda göz açmağa imkan verməyən Azərbaycan millisi istəyinə 4:2 hesablı inamlı qələbə ilə çatdı. Beləliklə, iyunun 1-i nəinki minifutbol, Azərbaycanın idman tarixinə də qızıl hərflərlə həkk olundu.

Bəli, Azərbaycan yığması planetin ən güclü komandası ünvanını ələ keçirdi. Özü də parlaq zəfərlə. Bu, 2022-ci ildə qazanılan Avropa çempionluğundan sonra növbəti möhtəşəm uğur oldu. Mundialın mükəmməl və qüsursuz təşkilatçılığı, oyunların keçirildiyi Milli Gimnastika Arenasının hər kəsin zövqünü oxşaması da xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, istər iştirakçı komandaların üzvləri və rəsmiləri, istərsə də Dünya Minifutbol Federasiyasının rəsmiləri təşkilatçılıqdan ağızdolusu danışdılar. Azərbaycanın mükəmməl təşkilatçılığı hər kəsə nümunə göstərildi. Bir sözlə, Azərbaycan millisi meydanda, Azərbaycan Minifutbol Federasiyası isə meydandan kənarda parlaq zəfərlə yadda qaldı.

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Futbol
"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

Futbol
Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Futbol
İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər