İlahə Qədimova yenidən Azərbaycan Şahmat Federasiyasının baş katibi seçilib
İlahə Qədimova yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi seçilib.
"Report" xəbər verir ki, bu, AŞF-nin hesabat-seçki konfransından sonra reallaşıb.
Konfransın ardından baş tutan iclasda İ.Qədimovanın vəzifəsi təsdiq olunub.
Qeyd edək ki, İ.Qədimova 2021-ci ildən bu vəzifəni icra edir.
Foto: Mircavid Eminoğlu

https://qelebe.az//uploads/photo/ilahe-qedimova-yeniden-azerbaycan-shahmat-federasiyasinin-bash-katibi-sechilib.webp











