Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır" - MÜSAHİBƏ

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır" - MÜSAHİBƏ

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik "QELEBE.AZ"a müsahibə verib. O, Azərbaycanda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunmasından, ötən gün qeydə alınan azarkeş rekordundan və digər maraqlı məqamlardan danışıb. Qurum rəsmisi mundialın finalında üz-üzə gələcək Azərbaycan və Macarıstan yığmalarının şanslarını da dəyərləndirib.

- Dünya çempionatının finalında Azərbaycan və Macarıstan komandaları üz-üzə gələcəklər. Düşüncələriniz necədir?

- Bu, Azərbaycan üçün yaxşı xəbərdir. Ölkəniz üçün daha yaxşı xəbər o olardı ki, həlledici matçda qalib gələsiniz. Macarıstan çox yaxşı komandadır. Heyətlərində təcrübəli futbolçular yer alıb. Final görüşünün çox çətin keçəcəyini indidən proqnozlaşdırmaq olar.

- Hansı yığmanın şansını daha yüksək qiymətləndirirsiniz?

- Nəzərə almaq lazımdır ki, oyun 0:0-dan başlayır. Kim çox qol vursa, o da qələbə qazanacaq. İnanırıq ki, Milli Gimnastika Arenasına toplaşan azarkeşlər maraqlı finala şahidlik edəcəklər.

Peter Kralik
Peter Kralik

- Dünya çempionatının təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?

- İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır. Lakin yarış hələ başa çatmayıb. İnanıram ki, final qarşılaşmasının ab-havası daha möhtəşəm anlarla yadda qalacaq.

- 1/4 finalın Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib. Bu isə mundiallar tarixində mütləq rekorddur. Bunu əvvəlcədən gözləyirdiniz?

- Daha əvvəl ən yaxşı göstərici Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə qeydə alınmışdı. Həmin qarşılaşmanı 6513 tərəfdar canlı olaraq izləmişdi. Azərbaycan həmin turnirdə birinci olanda, artıq anladıq ki, ən yaxşı təşkilatçılardan biri məhz bu ölkə olacaq. Bakıda qeydə alınan azarkeş rekorduna görə yerli təşkilat komitəsini təbrik edirəm. Lakin az əvvəl də vurğuladığım kimi, yarış hələ bitməyib.

- Bakıdakı təşkilatçılıq digər ölkələrə müsbət mənada necə nümunə olacaq?

- Daha əvvəl keçirilən yarışlar Azərbaycan üçün yaxşı nümunə olub. Hansı ki, ölkəniz mundiala çox gözəl hazırlaşıb. İnanıram ki, digər ölkələr də Azərbaycana baxıb, daha da ruhlanacaqlar. Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir.

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub