Yığma komandamız UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq

Yığma komandamız UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq

Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.

Apasport.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edəcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi 5 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridirsə, sonuncu yerdə olan Litvanın xalı yoxdur.